Olimpiya Stadionu ilə bağlı təklifə `Qarabağ`dan CAVAB


18:13     25 Avqust 2017 f4fd9e80ddac.jpg

"Qarabağ"ın Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməsi azarkeşlər tərəfindən sevinclə qarşılanır. Oyunlara marağın böyük olacağını nəzərə alan azarkeşlər görüşlərin Bakı Olimpiya Stadionunda keçirilməsini təklif edirlər.


“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov azarkeşlərin təklifinə münasibət bildirərkən deyib ki, “Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunları Bakı Olimpiya Stadionunda deyil, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qeyd edək ki, C qrupunda yer alan "Qarabağ"ın ilk oyunu "Çelsi"yə qarşı olacaq. Qrupun sonuncu oyunu isə dekabrın 5-də İtaliyanın paytaxtında keçiriləcək:

12 sentyabr
"Çelsi" (İngiltərə) - "Qarabağ"

27 sentyabr
"Qarabağ" - "Roma" (İtaliya)

18 oktyabr

"Qarabağ" - "Atletiko" (İspaniya)

31 oktyabr

"Atletiko" - "Qarabağ"

12 noyabr

"Qarabağ" - "Çelsi"

5 dekabr

"Roma" - "Qarabağ"

Femida.az

Açar sözlər:

Oxunub: 3119